Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları III Dünya Köçəri Oyunlarıdan 6 medalla Vətənə döndülər (ATV-nin reportajı – 09.09.2018)

2018-ci ilin sentyabr ayının 8-də Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən 3-cü Dünya Köçəri Oyunları başa çatdı. Sentyabrın 9-da bu mötəbər beynəlxalq idman tədbirində Azərbaycanı təmsil edən idmançılar artıq Vətənə döndülər. Həmin gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında möhtəşəm qarşılanma mərasimi təşkil olunmuşdu. İdmançılarımızı Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında yüzə qədər idmançı, federasiya üzvləri və sadəcə azarkeşlərdən ibarət böyük bir heyət qarşıladı. Həmçinin ölkənin aparıcı televiziya kanalları tərəfindən tədbirin gedişi zamanı çəkilişlər aparıldı.


Bir daha xatırladaq ki, Azərbycan idmançıları 3-cü Dünya Köçəri Oyunlarında 1 qızıl, 6 gümüş və 8 bürünc olmaqla, ümumilikdə 15 medal əldə ediblər ki, bu medallardan da 2-si gümüş və 4-ü bürünc olmaqla altısı məhz Azərbaycan Qol Güləşi Federasiyasının idmançılarının payına düşür


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir