AQGF prezidenti Cəsarət Əhmədov: “İdmançılarımız Polşada Vətənimizi ləyaqətlə təmsil edəcəklər”
Artıq xəbər verildiyi kimi, 09 aprel 2017-ci il tarixində Qol güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib. Bu yarış ilk növbədə 2016-cı ilin aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr edilib. Çempionatın gedişi ölkənin kütləvi informasiya vasitələri, o cümlədən əksər televiziya kanalları tərəfindən ətraflı işıqlandırılıb.
Avropa Armreslinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov TV kanallarına verdiyi müsahibəsində yarışın əhəmiyyətini yüksək qiymətləndirib, həmçinin bu çempionatın eyni zamanda İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıdığını vurğulayıb. Bundan başqa Cəsarət Əhmədov may ayında Polşada keçiriləcək növbəti Avropa çempionatında da idmançılarımızın uğurla çıxış edəcəklərinə əmin olduğunu bildirib.
Bir cavab yazın