Dənizkənarı Milli Parkda möhtəşəm Novruz şənliyi!

Artıq xəbər verdiyimiz kimi, mart ayının 18-də Dənizkənarı Milli Parkda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət səviyyəsində təşkil olunan möhtəşəm tədbir bu il federasiyamız üçün xüsusilə əlamətdar olub. Belə ki, el şənliyində iştirak etmək üçün dəvət alanların sırasında Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi və idmançıları da olublar. Hər zaman olduğu kimi idmançılarımızın iştirakı şənliyə xüsusi zövq və rəngarənrlik qatıb. Ölkə prezidenti cənab İlham Əliyev federasiyamızın idmançıları ilə görüşərək, Qol güləşi idman növünə göstərdiyi xüsusi marağı bir daha nümayiş etdirib. Əlbəttə ki, dövlət başçısının bu diqqəti və qayğısı idmançılarımızı bundan sonra da daha yüksək nailiyyətlərə, yeni-yeni qələbələrə ruhlandıracaq.

17155645_1591955454166958_1365127598800446200_n 17308824_1591955460833624_426272439144084526_n 17309486_1227945930657706_6133209935950810866_n 17343055_1456200914424304_3975038774417810168_n 17352187_1591955870833583_6988106645871126890_n 17352359_1591957060833464_5630220081501543138_n 17353173_1455852411125821_7759290539800987767_n 17361647_688275464676807_1458524950837222140_n 17362600_1591955457500291_5497396622948835559_n

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir