Dənizkənarı Milli Parkda möhtəşəm Novruz şənliyi!
Bu gün, mart ayının 18-də Dənizkənarı Milli Parkda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Həmçinin bu möhtəşəm tədbirdə iştirak etmək üçün dəvət alanların sırasında Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi və idmançıları da olublar.
Əziz dostlar! Novruz şənliyi ilə əlaqədar hazırlanmış xüsusi reportajı bu gün, axşam saat 20:00-da Azərbaycan Dövlət Televiziyasının efirində yayımlanacaq xəbərlər proqramında izləməyi unutmayın!
Bir cavab yazın