Millətini və dövlətçiliyimizi sevən insanlara dəstək vermək lazımdır

Azərbaycan Qol Güləşi Federasiyasının artıq 5 min nəfər üzvü var. Bundan 2 min 145 nəfəri AQGF Fitness-Mərkəzinin üzvüdür.
Son vaxtlar Bakıda, eləcə də rayonlarda AQGF-nin nümayəndəliklərinin sayı sürətlə artmaqdadır. Bununla yanaşı son 1 ayda AQGF Fitness-Mərkəzində Qol Güləşi və Body-Fitness üzrə professional məşq etmək istəyənlərin sayı da çoxalır. Vəziyyət o dərəcəyə çatıb ki, federasiyanın prezidenti Cəsarət müəllim bir qədər əvvəl Fitness-Mərkəzimizin genişlənməsinə dair qərar verib. Mərkəzimizdə məşq edənlər tezliklə Azərbaycanda analoqu olmayan yeni Fitness-Mərkəzini görəcəklər. Məqsədimiz Azərbaycan Gəncliyini sağlam şəkildə inkişaf etdirməkdən ibarətdir.
Xüsusi vurğulamaq istərdim ki, AQGF Prezidenti və Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov bizim mərkəsdə 20 nəfərə yaxın insanı daimi işlə təmin edib. Əlbəttə ki, AQGF Fitness-Mərkəzinin genişlənməsi daha çox insanın işlə təmin olunmasına səbəb olacaqdır. Fikrimcə, Cəsarət müəllim kimi millətini və dövlətçiliyimizi sevən vətənpərvər insanlara hər zaman dəstək vermək lazımdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Cəsarət Əhmədov gənclərimizin sadəcə fiziki baxımdan deyil, həm də mənəvi cəhətdən sağlam formalaşmalarına daim xüsusi diqqət yetirir. Onun ölkə prezidenti ətrafında hər zaman daha sıx birləşməyə, dövlətçiliyimizə sədaqətli olmağa dair səsləndirdiyi çağırışları da məhz bu məqsədə xidmət edir.
Əminliklə demək olar ki, Cəsarət Əhmədovun rəhbərliyi altında Azərbaycan Qol Güləşi Federasiyası bundan sonra da hər zaman sağlam və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması işinə öz misilsiz tövhələrini verməkdə davam edəcəkdir.

Niyazi Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir