Body-Fitnessin inkişafına dəstək

İlk növbədə belə bir məqamı vurğulamaq istərdim ki, mən özüm bir çox ölkədə yaşamışam və Azərbaycanda idmana yetirilən diqqəti heç bir ölkədə görməmişəm. Bu da əlbəttə ki, ölkə prezidenti İlham Əliyev cənablarının Azərbaycan idmanının inkişafına  göstərdiyi qayğının sayəsində həyata keçirilir. Bu hal nəinki təkcə bizim cəmiyyətdə, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılarımızda xoş təsir, ruh yüksəkliyi yaradır.

Hal-hazırda mən Azərbaycan Qol Güləşi Federasiyasının Fitness-Mərkəzində məşqçi kimi fəaliyyət göstərirəm. Birmənalı olaraq deməliyəm ki, bu mərkəzdə biz müəllimlər və əlbəttə ki, məşq edənlər üçün yaradılmış şərait həqiqətən də çox yüksək tələblərə cavab verə biləcək bir səviyyədədir. Federasiya rəhbərliyi bu şəraiti təmin etmək üçün bütün imkanlardan maksimum yararlanır.

Elə bu işgüzarlığına, diqqətinə görə də şəxsən mənim Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədova çox böyük hörmətim var. Etiraf edim ki, bu şəxs ilə tanış olmasaydım, bəlkə də mən artıq Azərbaycanda olmayacaqdım. Cəsarət müəllimin ölkədə nəinki Qol Güləşi, həmçinin Body-Fitnessin inkişafında böyük rolu var. Məsələn, AQGF Fitness-Mərkəzinin təşəbbüsü ilə son 2 il ərzində 2 dəfə “Men’s Fitness” turniri keçirilib. Qeyd edim ki, bu turnir Azərbaycanda ilk fitness turniri olub. Məhz Cəsarət müəllimin bu idmana olan diqqətinə və eyni zamanda federasiyanın Fitness-Mərkəzində işləyən müəllimlərə göstərdiyi qayğıya görə, hal-hazırda burada canla-başla fəaliyyətimi davam etdirməkdəyəm. Müəllim kollektivi adı ilə mən Cəsarət müəllimə böyük minnəttarlığımı bildirirəm. İnanıram ki, Cəsarət müəllim Azərbaycanda Body-Fitnessin inkişafı üçün bundan sonra da bizdən öz dəstəyini əsirgəməyəcək.

Qeyd edim ki, Cəsarət müəllim vətənpərvər bir insandır. Onunla mən tez-tez söhbət edirəm və görürəm ki, bu şəxs Azərbaycan gəncliyini daima idmana cəlb edir. Gecə-gündüz yorulmadan çalışır,  Qol Güləşi və Fitness idman növlərinin inkişafı naminə əlindən gələni edir. Cəsarət müəllimin müsbət xüsusiyyətlərindən biri də odur ki, Azərbaycan Qol Güləşi Federasiyasında ölkənin müxtəlif bölgələrindən olan insanlar çalışır. Yəni bu şəxs insanları bölgələrə görə seçmir, insanın bacarığına və istedadına dəyər verir. Mən şəxsən belə insanların ölkəmizdə çox olmasını istərdim. “Azərbaycanın hər bir bölgəsi mənim vətənimdir” –  həmişə bu sözləri təkrarlayan Cəsarət müəllimə dərin minəttarlığımı bildirirəm.

 

Niyazi Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir