Allah rəhmət eləsin.

Artıq xəbər verildiyi kimi, Qol güləşi idman növü üzrə fiziki qüsurlu idmançılardan ibarət Türkiyə yığma komandasının baş məşqçisi Səlahəddin Çöpden və böyük qardaşı Mustafa Çöpden avtomobil qəzası nəticəsində dünyalarını dəyişmişlər. Qeyd edək ki, Səlahəddin Çöpdən Türkiyə idman ictimaiyyətinin tanınmış və sevilən simalarından biri idi. Onun fiziki qüsurlu idmançılarla apardığı məşqlər və əldə etdiyi yüksək nəticələr Səlahəddin Çöpdeni həmçinin dünya armrestlinqinin də nüfuzlu təmsilçilərindən biri etmişdi. Heç şübhəsiz, Səlahəddin Çöpdənin vaxtsız vəfatı ilə Türkiyə idmanı böyük itki vermişdir.
Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi, işçi heyəti və bütün idmançılarımız adından bir daha bu itkidən hamımızın sonsuz kədər duyduğumuzu bildirir, mərhumun ailəsinə, yaxınlarına və qardaş Türkiyənin bütün idman ictimaiyyətinə dərin hüznlə deyirəm, başımız sağ olsun.
Allah rəhmət eləsin!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir