Azərbaycan Qol Güləşi Federasiyası növbəti uğuruna imza atmışdır!

May ayının 22-də Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Avropa Armrestlinq Federasiyasının növbəti konfransında AQGF-nın prezidenti Cəsarət Əhmədov Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Əlbəttə ki, bu qələbə bütünlükdə federasiyamnızın uğuru olmaqla bərabər, həm də Cəsarət Əhmədovun şəxsi iş qabiliyyətinin, onun dünya və Avropa armrestlinq federasiyalarında sahib ola bildiyi nüfuzunun bir göstəricisidir.

Bir daha hörmətli Cəsarət müəllimi və onun timsalında federasiyamızın bütün əməkdaşlarını və üzvlərini, eləcə də bütün qol güləşçilərini bu yüksək nailliyyətlə səmimi qəlbdən təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir