XXV Avropa Çempionatı
31may-8 iyun 2015-ci il tarixlərində Bolqarıstanın Sofiya şəhərində qol güləşi idman növü üzrə XXV Avropa Çempionatı keçirildi. Bu çempionatda 30 dan artıq ölkənin 800 – dən artiq idmançısi öz güclərini sınadılar. Ölkəmizi bu idman növündə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov başda olmaqla 16 nəfər idmançıdan ibarət olan mili yığma komandamız təmsil edirdi.
Bu mötəbər yarışda milli yığmamız 8-i qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 15 medal qazandı və komada hesabı üzrə 6-cı yeri tutdu.
Medal gətirən idmançıların siyahısı:
ADI SOYADI | YAŞ DƏRƏCƏSİ | ÇƏKİ DƏRƏCƏSİ | SOL ƏL | SAĞ ƏL |
Anar Mustafayev | 18-ə qədər | 50 | bürünc | — |
Vəkilov Neymət | 18-ə qədər | 60 | bürünc | qızıl |
İbrahimov Müslüm | 60-dan yuxarı | 75 | bürünc | — |
Vəkilov Qismət | 18-21 yaş arası | 65 | qızıl | qızıl |
Səfərov Təbriz | 18-21 yaş arası | 70 | qızıl | qızıl |
İbrahimli Bəxtiyar | 18-21 yaş arası | 55 | gümüş | qızıl |
İbrahimli Bəxtiyar | 21-40 yaş arası | 55 | — | gümüş |
Namazzadə Vilayət | fiziki qüsurlu | 60 | gümüş | — |
Ağazadə Rauf | fiziki qüsurlu | 70 | qızıl | qızıl |
Mustafayev Fuad | fiziki qüsurlu | +75 | — | gümüş |
10 iyun 2015-ci il tarıxındə idmançılarımız vətənə qayıtdılar. İdmançılarımızı Heydər əliyev hava limanında Azərbaycan Qol Güləşi Federasiyasının əməkdaşları, idemançıları və kütləvi informasiya nümayəndələri qarşıladılar. Kütləvi informasiya nümayəndələri idmançılarımızdan və federasiya prezidenti Cəsarət Əhmədovdan müsahibə götürdülər. Federasiya prezidenti Cəsarət Əhmədov öz müsahibəsində I avropa oyunlarının Bakıda keçirilməsi ilə qürür düyduğunu vurğulayaraq Azərbaycan idmançılarına uğurlar arzuladı. Qazandıqları uğuru I Avropa oyunlarına həsr etdiklərini söyləyən Cəsarət Əhmədov müsahibəsini “ Hər bir Azərbaycan vətəndaşının borcudur ki, hansı ölkədə olmasından aslı olmayaraq ölkənin mənafeini bütün mənafelərdən üstün tutmalıdır. Biz Azərbaycan torpağında anadan olmuşuq, Azərbaycan torpağında yaşayırıq və Azərbaycan torpağında öləcəyik. Buna ğörədə ölkə bizim üçün hər şeydən üstün olmalıdır.” sözləri ilə bitird
___________________________________________________________________________________
Bir cavab yazın