5 mart Bədən tərbiyəsi və İdman günü.

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür.  Bu bayram günündə fəxri xiyabanı ziyarət edən Azərbaycan Qol Güləşi Federasüiyasının prezidenti başda olmaqla federasiyanın əməkdaşları və idmançıları  ulu öndər Heydər Əliyevin  və məşhur oftolmoloq Zərifə Əliyevanın məzarlarına gul qoyaraq onların abidəsi qarşisinda baş əydilər. Azərbaycan Qol Güləşi Federasüiyasının prezidenti Cəsarət Əhmədov ,  federasiyanın əməkdaşları və idmançıları şəhidlər xiyabanını da ziyarət etdilər və ölkəmizin azadlığı uğrunda şəhid olanların məzarlarına güllər düzdülər. Sonra idmançılar və federasiya əməkdaşları federasiyanın prezidenti Cəsarət   Əhmədovun təşkil etdiyi bayram banketində idman bayramını qeyd etdilər. Banketdə  yüksək səviyyədə hazırlanmış süfrə arxasında federasiyanın prezidenti idmançıları bayram münasibətilə təbrik etdi , onlara uzun ömür,can sağliği və yeni-yeni nailiyyətlər arzuladı. Öz çıxışında vətəni sevmək  və ölkə prezidentinə sədaqətli olmağı xsusi olaraq vurğulayan Cəsarət Əhmədov  idmançılara bu il olacaq beynalxalq yarışlarda hər zaman olduğu kimi ölkəmizi ləyaqətlə təmsil etmələrini və bayrağimizi dahada yüksəltməyi tövsiyyə  etdi.

__________________________________________________________________________________

 

OXN_1814 OXN_1819 OXN_1834 OXN_1796OXN_1806OXN_1739 OXN_1733 OXN_1723 OXN_1742 OXN_1758OXN_1856 OXN_1859

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir