AQGF-nın Qol Güləşi İdman Mərkəzinin açılışı.

13 dekabr 2014-cildə Bakının Nizami rayonunda Azərbaycan Qol Güləşi Federasiyası Qol Güləşi İdman Mərkəzinin açılışı oldu.

 Milli Olimpiya Komitəsinin vitse-prezidenti  Çingiz  Hüseynzadə Dünya və Avropa Armrestlinq federasiyasının prezidenti Assen Hadjitodorov, Gənçlər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin mudiri İlham Mədətov   və digər  rəsmilər iştirak ediblər.

Çingiz Hüseynzadə və Assen Hadjıtodorov mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov  qonaqlara yüksək keyfiyyət göstəricilərinə malik olan bu idman mərkəzi barəsində, burada yaradılan şərait və görülən işlər barəsində ətraflı  məlumat verdi. İlk növbədə Azərbaycan Qol Güləşi Federasiyasının baş ofisi və əməkdaşları ilə tanış etdikdən sonra, Cəsarət Əhmədov  qonaqları ən müasir avadanlıqlarla təchiz edilmiş məşq zallarını və kiçik həcimli yarışların keçırilməsi üçün nəzərdə tutulan yarış zalı ilə də tanış etdi.

Sonra idmançılar və qonaqlar qarşısında çıxış edən MOK-nin vitse-prezidenti  Çingiz  Hüseynzadə görülən işləri yüksək qiymətləndirdi və Cəsarət Əhmədova belə bir kompleksi yaratdiğı üçün təşəkkür etdi. Bu idman növünün Azərbaycanda artıq inkişaf etmiş bir idman növü olub və artıq bu idman növündə çempionlarımızın olduğunu deyən Çiniz müəllım belə bir kompleksin istifadəyə verilməsindən sonra bizim nəticələrimizin daha da artacağina ümid etdiyini söylədi.

Dünya və Avropa Armreslınq Federasiyasının prezidenti Assen Hadjitodorov öz çıxışinda Belə bir idman mərkəzinin açılışına dəvət aldığı üçün Cəsarət Əhmədova minnətdarlığını bildirmiş və ona idmançılara bu cür şərait yaratdığı üçün təşəkkür etdi.O, artıq Azərbaycandada qol güləşçilərinin öz evi olduğunu söyləyərək bu idman mərkəzindən yeni-yeni dünya və avropa çempionlarının çıxaçaqına inandiğını bildirdi.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov  isə bu günlərdə Azərbaycan Qol Güləşi Federasiyası 5 (beş) illik fəaliyyətini başa vurmasını qeyd edərək, bu yeni mərkəzi idmançılara hədiyyə olaraq istifadəyə verildiyini söylədi. Cəsarət Əhmədov  bundan sonra da daha böyük uğurlara imza atacaqlarını , xalqımızı, millətimizi, dövlətimizi və ölkə prezidentimizi daha çox sevindirəcəklərini bildirdi. O, ölkə başçısının xalqımız, dövlətimiz və idmançılarımız üçün çox çalışdığını söyləyərək biz gənclərin bu yolu davam etdirəcəyimizi inamla bildirdi.

Mərasimdə 3 (üç) idmançımız “İdman ustası” adı   ilə təltif olundular:

  1. Vəkilov Neymət
  2. Rüstəmov Ramazan
  3. Mədətli Ceyhun
  4. Məşqçılərimizdən Azər Əliyev isə “Əməkdar məşqçi” adına layiq görülmüşdü.

_________________________________________________________________________________________________

OXN_0339 OXN_0278 OXN_0245 OXN_0244 OXN_0277 OXN_0328 OXN_0326 OXN_0276 OXN_0233 OXN_0228 OXN_0265 OXN_0315 OXN_0308 OXN_0258 OXN_0227 OXN_0224 OXN_0252 OXN_0279 OXN_0223 OXN_0198 OXN_0186 OXN_0183 OXN_0197 OXN_0220 OXN_0213 OXN_0195 OXN_0182 OXN_0180 OXN_0194 OXN_0207 OXN_0204 OXN_0189 OXN_0172 OXN_0162 OXN_0187 OXN_0201 OXN_0161OXN_0756OXN_0733OXN_0732OXN_0745OXN_0744OXN_0730OXN_0729OXN_0742OXN_0739OXN_0727OXN_0364OXN_0735
__________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir