XXXIII Dünya Çempionatı
Qazaxıstanın Alma -ata şəhərində 28 noyabr ,4 dekabr tarixlərində Qol Güləşi üzrə XXXIII Dünya Çempionatı keçirildi . Çempionatda dünya ölkələrindən 47 ölkə iştirak etdi. Yarışda böyüklər , yeniyetmə gənclər və qrand master kateqoriyası altında veteran idmançılar mübarizə aparmışdır . Azərbaycan milli komandası da baş məşqçi Zurab Bəxtiyarovun başçılığı altında 11 nəfərlik heyətlə bu yarışda iştirak etdi. İdmançılarımız vətənə 7 medalla geri döndülər. Gənclər arsında Qismət Vəkilov sağ əllə yarışda dünya çempionu olub qızıl , sol əllə gümüş medala layiq görülüb. Böyüklərin yarışında Vüsal Zeynalov 75kq çeki dərəcəsinde dünya 3-sü oldu. Digər idmançılarımızdan Balakənli Kamran Atayev gümüş medala layiq görülüb və qalib gəldiyi rəqibləri arasında erməni idmançısı da olub. Qrand master kateqoriyasında olan idmançılardan Müslüm İbrahimov 75kq çəki dərəcəsində gümüş medala, ən ağır çəki dərəcəsində isə Minabəddin Qurbanov sağ əllə gümüş , sol əllə bürünc medala layiq görülüb.
____________________________________________________________________________________________________________

__________________________________________________________________________________________________________

Bir cavab yazın