Qol Güləşinin qaydaları

1)    Yarış ayaq üstə hər iki əllə ( yəni sağ və sol əllə) keçirilir.

2)    Dirsəyin dirsəklilər üzərində olması şərti ilə rəqiblər əllərini biri birindən tuturlar

3)    Əllər biri biri ilə stolun mərkəzində birləşməli

4)    Rəqiblərin çiyinləri biri birinə paralel olmalı

5)    Baş dik şəkildə olmalı

6)    Baş barmağın ilk bükülən hissəsi görünməli

7)    Bilək və çiyinlər biri -birinə ən azı 10-15 sm məsafədə olmalı digər xırda detallar isə start verilənə qədər hakim tərəfindən tənzimlənir.

8)    Beynəlxalq qaydalara əsasən start “Ready Go” (Hazır – başla) komandası ilə verilir.

9)    İdamançı stolun ona aid olan tərəfindəki ayaqlarından dayaq kimi istifadə edə bilər.Əgər qarşı tərəf razı olsa onun tərəfindəki ayaqlıqlardanda dayq kimi istifadə edə bilər.

10) İdmançıya güləş zamanı kölgəli papaqla iştirak qadağandır

və digər xırda normativlər var ki , bütün bunlar  start verilməmişdən qabaq hakimlər tərəfindən  tənzimlənir.

Hakim tutuşu nədir?

  1. Əgər güləş zamanı rəqiblərin əlləri bir –birindən  ani güc zərbəsində açılarsa   bu zamna hakim tutuşu olur. Hakim tutuşu  zamanı rəqiblərin əllərini  hakim özü müəyyən qaydalara əsasən birləşdirir .Əgər hakim tutuşu zamanıda rəıqiblər razılığa gələ bilməsələr yəni əllər yenə biri- birindən açılarsa bu zaman   əllər bir –birinə  xususi kəmərlə bağlanır açılmamamsı üçün və yarış davam etdirilir. Hakim tutuşu zamanı yarışmaçıların əllərinin tutulma qaydasında  hər hansı bir dəyişiklik etmək izni yoxdur hakimdən icazəsiz. Hakim tutuşundan sonra hakimin verdiyi qərar dəyişdirilə bilməz sadəcə sonda əgər idmançı nədənsə narazı qalıbsa bu zaman nəticəyə etiraz etmək haqqı vardır.

Xəbərdarlıqlar

  1. Dirsəyin dirsəklikdən düşməsi
  2. Dirsəyin dirsəklikdən qalxması
  3. Əlin tutacaqlıqlardan buraxılması
  4. Bədənin(çiyinin) ələ toxunulması
  5. Əlin bilərəkdən rəqibin əlindən çıxarılması və hakimim göstərişləri ilə razılaşmama
  6. Hakimin idmançıya 2 xəbərdalığı olur ki, ikinci xəbərdarlıq artıq məğlubiyyət deməkdir
  7. Hakimin “Ready  Go” komandasını gözləmədən  iştirakçı rəqibinin qolunu yıxarsa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir