“Zərif güclülüər” şousunun X həftəsinin qarşılaşmalarının nəticələri
10 may 2011-ci il tarixində yayımlanan “Zərif güclülər” in növbəti buraxılışında biri- birindən maraqlı qarşılaşmalar oldu. Beləki xanımlar Ford fiestanın sahibi olmaq uğrunda mübarizə apardılar. Sonda səsvermə keçirildi və bunun nəticəsində ən çox “getsin ” səsini Səadət Sadıqova toplayaraq qarşılaşmaya Afaq Həsənovanı dəvət etdi və rəqibini məğlub etdi.
Keçən verilişdə məğlub olan Rəşidə xanım bu dəfəki verilişdə səhnəyə gəlib, Federasiya rəhbərliyinə keçən dəfəki görüşü barəsində müraciət etdi və ona qarşı haqsızlıq oldugunu dedi. O, ədalətli qərar çıxardılmasını istədi. Federasiya prezidenti Cəsarət Əhmədov da Rəşidə xanımın bu müraciətini nəzərə alaraq federasiyanın rəyasət heyəti ilə birgə Rəşidə xanım üçün belə bir qərar verdi ki, Nazilə xanım Avropa çempionatından dönəndən sonra Rəşidə xanımla qol tutsun və əgər hər hansı bir ədalətsizliyə yol verilibsə, aradan qaldırılsın.
Bu dəfəki şouda qarşılaşan idmançılar:
1) Səadət Sadıqova- Nisə Mehdiyeva
2) Aynur Rzayeva -Afaq Həsənova
3) Gülnar Qurbanova Aysel Bayramova
___________________________________________________________________________________________
___________________________________________________________________________________________
Bir cavab yazın