Qol Güləşinin tarixi
Qol güləşi ” İngilis dilindən tərcümədə “arm” və “wrestling” sözlərinin birləşməsindən yaranıb mənası “qol“ və “güləş” yəni qol güləşi deməkdir.
Qol güləşi tarixi baxımdan ən qədim idman növlərindən biri olub və bu günümüzə qədər gəlib çıxmışdır.Qol güləşi elə idman növüdür ki, hər bir insan tərəfindən sevilir. Yer üzərində elə bir insan tapmaq olmaz ki həyatında bir dəfə belə olsun qol güləşi tutmamış olsun. Qol güləşi insana sağlamlıqı bəxş etməklə yanaşı, həm də əyləncəli bir idman növüdür. Qol güləşi iddiadır, iradədir, gücdür, dözümlülükdür , zəkadır və bir başa zəka oyunları ilə bağlı bir idman növüdür. Əslində dünyanın ən qədim və çox yayılmış idman növü olan qol güləşinin ilk turniri 1952-ci ildə Koliforniyanın Petaluma şəhərində olan Gilardinin salonunda təşkil edilmişdir. Bill Sobranes adlı gənc bir tədqiqatçı bu müsabiqəni təşkil etmişdir. Daha sonra qərbi Koliforniyada Koliforniya əyalət çempionatı təşkil edildi. Təşkil edilən ilk dünya qol güləşi çempionatı 1962- ci ildə yenə koliforniyanın Petaluma şəhərində təşkil edildi və bu müsabiqənin ismi WWC idi və bu günümüzədək hər ilin yazın sonlarında təşkil edilməkdədir. WWC o zamanlar dünyanın ən yaxşı qol güləşçilərinə sahib və kanadalıların ən çox qatıldığı bir çempionat idi. 1967-ci ildə iş adamı Bob Oleray tərəfindən Amerikan Qol Güləşi Federasiyası quruldu və digər ölkələrində dəstəyi ilə təşkil edilən dünya çempionatı 1979- cu ildə Kanadanın Alberta əyalətinə bağlı wetaskiwin şəhərində təşkil edildi. Daha sonra 1980- ci ildə Hindistanda,1981-ci ildə Brazilyada,1982 ABŞ-da,1983 Kostarikada,1984 olmadı,1985 Meksikada,1986 Hindistanda,1987 İngiltərədə,1988 İsveçdə,1989 Yunanıstanda,1990 ABŞ-da,1991 İsraildə,1992 İsveçdə,1993 Kanadada,1994 İsveçdə,1995 Brazilyada,1996 ABŞ-da,1997 Hindistanda təşkil edilmişdir.1997 ildə təşkil edilən dünya çempionatında ölkələr arasında ixtilaflara səhnə olmuş və bu ildən sonra hər il 2 ayrı dünya çempionatı təşkil edilmişdir. O ildən sonra dünya çempionatları 1998 Kanada və Misir, 1999 Rusya ve Yaponya, 2000Finlandiya və ABŞ, 2001 İtalya ve Polonya, 2002 Misir ve ABŞ, 2003 ABŞ ve Rusya, 2004 Brazilya ve Şərqi Afrikada təşkil edilmişdir.
Azərbaycan da Qol Güləşinin tarixindən söhbət açanda isə bizim keçmiş soy kökümüz yada düşür ilk növbədə. Çünkü qol güləşi bizdən öncələr də ulu babalarımızın sevimli məşğuliyyətlərindən biri olmuşdur və demək olar ki bu idman növü keçmiş soy kökümüzdən yadigar qalmışdır biz gənclərə.
Ümumiyyətlə isə Azərbaycanda qol güləşi bir idman növü kimi Sovet İttifaqında yarandıqdan sonra inkişaf etdirilməyə başlayıb. 1990-cı illərin əvvəllərində “Armwrestlinq və gir qaldırma” federasiyası yaradılıb. Azərbaycan Qol Güləşi Federasiyası 2009-cu ildən təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armwrestlinq federasiyalarının tam hüquqlu üzvüdür. Azərbaycanda federasiyanın yarandığı gündən bəri müntəzəm olaraq respublikadaxili yarışlar keçirilir. Xüsusilə federasiya rəhbərliyinin son illər apardığı məqsədyönlü işlər nəticəsində uğurlarımız artmaqda davam edir, yeni klublar yaradılır və idmançıların peşakarlıq səviyyəsi yüksəldilir. Bunun sayəsində də idmançılarımız Beynəlxalq yarışlarda uğurla çıxış edirlər.
Bir cavab yazın