2010-cu il Respublika Çempionatı

2010-cu ilin 8-9 may tarixlərində Respublika çempionatı adı altında yarışlar keçirildi.  Qol güləşi üzrə yığma komandamızın formalaşması prosesində də Respublika Çempionatı yarışlarının xüsusi əhəmiyyət kəsb etməsini unutmaq olmaz. Ölkəmizin Avropa və Dünya çempionatlarında ən layiqli və ən güclü idmançılarla təmsil olunması işi  AQGF rəhbərliyinin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdəndir.