2011-ci il Bakı şəhər birinciliyi

Fevral ayının 12-13-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatı dəstəyi ilə Ağ at idman kompleksində Bakı şəhər gəncləri arasında “Bakı şəhər birinciliyi” yarışı keçirildi. Yarışda 4 idman klubundan 54 nəfər idmançı iştirak etdi. “Saleh”, “Qol güləşi”, “Kentavr” idman klubları və “Məhsul” idman cəmiyyətini  təmsil edən idmançılar 10 çəki dərəcəsində birincilik uğrunda öz güclərini nümayiş etdirdilər. Yarışın baş hakimi Zurab Bəxtiyarov, baş katibi isə Müslüm İbrahimov idi. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Elvin Əhmədov Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təqdim olunan diplomları və qiymətli hədiyyələri yarışda qalib gələn idmançılara təqdim etdi.