2010-cu ilin yekununa həsr olunmuş tədbir

Dekabr ayının 30-da Azərbaycan Qol Güləşi Federasiyası 2010-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbir 50-dən çox idmançının, 18 region üzrə təyin olunmuş nümayəndələrin və bir çox telekanalların iştirakı ilə gerçəkləşdi. Tədbirdə Respublika və Bakı şəhəri üzrə 18 nəfər nümayəndəliyə vəsiqələr, həmçinin 2010-cu ildə Avropa və dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanan Rüstəm Qurbanova “fəxri fərman” və pul mükafatı verildi.