5 Mart 2011-ci il Bədən tərbiyəsi və İdman günü
Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyub, cənab Prezidentimiz ilham Əliyevin uca zirvələrə qaldırdığı Azərbaycan idmanı öz idmançıları ilə birlikdə növbəti 5 Mart tarixində də öz milli bayramını xüsusi bir təntənə ilə qeyd etdi. 5 Mart tarixi Azərbaycan təqvimində İdman və Bədən tərbiyəsi günü kimi qeyd olunub. Bu günkü işlərin nəticəsindən qaynaqlanaraq demek olar ki, Azərbaycan bütün sahələrdə olduğu kimi idman sahəsində də xeyli uğur qazanıb. Müstəqil Azərbaycanda idmanın yeni inkişaf mərhələsi 1993-cü ildə başladı. İctimai həyatın mühüm tərkib hissəsi olan idmana dövlət qayğısı artırıldı. 1994-cü ildə milli lider Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bir il sonra 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə idman fondu təsis edildi. Bir sözlə milli lider Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş inkişaf etdirmək, uğurlar əldə etmək, beynəlxalq dərəcəli idmançılar yetişdirmək üçün birbaşa qurumlar qarşısında xüsusi vəzifələr qoydu. 1997-ci ildə isə idman ictimaiyyətinin istəyi ilə cənab İlham Əliyev milli olimpiya komitəsinin prezidenti seçildi. Bununla da ölkəmizin idman həyatında, o cümlədən olimpiya hərəkatında dönüş yarandı. Azərbaycan idmanına göstərilən qayğının, görülən işlərin nəticəsidir ki, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək təkcə 2010-cu il ərzində ümumilikdə 675 medal qazanıb. Hər il martın 5-i -«Bədən tərbiyəsi və idman günü»- ndə Bakıda, eləcə də bölgələrdə bir sıra idman tədbirləri keçirilir. Bu dəfə də əlamətdar günü maraqlı və yaddaqalan etmək üçün Tofiq Bəhramov adına Respublika stadionunun yanında (stadionun mərkəzi girişi tərəfdə) xüsusi tədbirlər planı hazırlandı, Gənclər və İdman Naziri Azad Rəhimovla görüş təşkil edildi. Görüşdə Qol Güləşi Federasiyası da öz idmançıları ilə birgə iştirak edib öz qol güclərini nümayiş etdirdilər. Federasiyanın prezidenti Cəsarət Əhmədov da çıxış edərək Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik etdi.
___________________________________________________________________________________________