Sumqayıt şəhər açıq birinciliyi

24 iyul 2011-ci il tarixində Azrbaycan Qol Güləşi Federasiyası növbəti möhtəşəm ölkədaxili yarışlarından biri olan ” Sumqayıt Şəhər açıq birinciliyi “ni keçirdi. Yarışda ümumilikdə 60-dan çox idmançı 5 çəki dərəcəsində qol güclərini nümayiş etdirdilər.Yarışın sonunda qaliblərə müxtəlif hədiyələr, diplomlar və medallar verildi.
65 kq çəki dərəcəsində yarışanlardan I yerə Avropa birincisi Vəkilov Qismət, II yerə Əhmədli Hüseyn, III yerə Əhmədov Rəşad sahib oldu.
85 kq çəki dərəcəsində yarışanlardan isə I yerə Hüseynov Nuru, II yerə Kərimov Səbuhi, III yerə Əliyev İlham sahib oldu.
+85 kq çəki dərəcəsində yarışan idmançılardan isə I yerə Məhsimov Zöhrab, II yerə Əhmədov Rəşad, III yerə isə Abişov Nicat sahib oldu.
Qızlardan isə I yerin sahibi Aysel Bayramova, II yerin sahibi Mustafayeva Pəri,III yerin sahibi isə Əzizova Günay oldu.
___________________________________________________________________________________________


___________________________________________________________________________________________


__________________________________________________________________________________________


___________________________________________________________________________________________

___________________________________________________________________________________________


___________________________________________________________________________________________

___________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir