2011-ci il Respublika birinciliyi

12-13 Mart 2011-ci ildə 1993-94-95-ci il təvəllüdlü gənclər arasında qol güləşi üzrə Respublika birinciliyi yarışı keçirildi. Yarışda həm peşəkar və həm də həvəskar idmançılar iştirak etdilər. Yarış Azərbaycan Texniki Universitetinin idman zalında keçirildi. Respublika birinciliyinə Azərbaycanın müxtəlif regionlarında yerləşən 20-dən çox nümayəndəliklərdən idmançılar qatıldı.